Ağstafa rayonunda meşə sahəsində yanğın başlayıb.
Sitat.info xəbər verir ki, hadisə Ağstafa rayonunun Hayvalı adlanan meşə sahəsində qeydə alınıb.
Yanğının ərazisi hazırda genişlənməkdədir. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, Hayvalı adlanan meşə sahəsindən əsasən qışlaq kimi istifadə olunur.
***
Ağstafa rayonunun Yuxarı Göycəli kəndi istiqamətində baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Bildirilir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Rayonun Dağ Kəsəmənli və Ağköynək istiqamətində yanğınların söndürülməsi əməliyyatı davam edir.