AZ

İsrail Nazirlər Kabineti Qəzzanın ələ keçirilməsi planını bu tarixdə müzakirə edəcək

BAKI, 26 avqust. TELEQRAF

İsrail hökuməti Qəzzanın ələ keçirilməsi əməliyyatına dair planların müzakirəsini 31 avqust tarixinə təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı yazıb.

“Növbəti bazar günü Qəzza sektoru üçün əməliyyat planlarının müzakirə ediləcəyi daha bir iclas planlaşdırılıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, Nazirlər Kabinetinin iclası bu gün də keçirilib. İclas təxminən üç saat davam edib və Qəzzada əməliyyat gündəlikdə ayrıca qeyd edilməyib.

Seçilən
9
2
teleqraf.com

3Mənbələr