AZ

Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitə bilər

"Birləşmiş Ştatlar Ukraynadakı münaqişəni bu ilin sonuna qədər dayandırmağa çalışır".

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.

Uitkoff həmçinin İran və Qəzzadakı münaqişələrə son qoyulacağına ümid etdiyini bildirib. Xüsusi nümayəndə qeyd edib ki, bu həftə ərzində bu məsələlərlə bağlı görüşlər keçirilir.

"Rusiya, Ukrayna, İran, İsrail, HƏMAS - biz bütün həftə bu üç münaqişə ilə bağlı görüşmüşük. Ümid edirik ki, onları bu ilin sonuna kimi həll edəcəyik", - o, Ağ Evdə ABŞ administrasiyasının Nazirlər Kabinetinin iclasında deyib.

Seçilən
3
publika.az

1Mənbələr