AZ

Dembele Messinin ona təsirindən danışdı

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Barselona”nın sabiq futbolçusu, hazırda PSJ-də çıxış edən Usman Dembele Kataloniya klubunun əfsanəsi Lionel Messinin ona təsirindən danışıb.

QOL.az xəbər verir ki, bu barədə "FourFourTwo" məlumat yayıb. Fransalı vinger deyib: 

"Messi mənə arzularımı gerçəkləşdirmək üçün ciddi olmağımı məsləhət gördü. Ondan sonra meydandakı hərəkətlərini izləməyə və ondan öyrənməyə başladım. Messi həmişə mənim sevimli futbolçum olub. Mən "Barselona"nı da məhz onun sayəsində sevdim. İnyesta ilə onun son mövsümündə, həm də Lionel Messi ilə birlikdə oynamaq inanılmaz idi".

Qeyd edək ki, Messi "Barselona"da 2000–2021-ci illərdə, Dembele isə 2017–2023-cü illərdə çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
2
qol.az

3Mənbələr