AZ

Kəlbəcərdə qaz borusu partlayıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Kəlbəcərdə yanıq xəsarətləri alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə xəsarət alanlar Yevlax rayon sakini 2001-ci il təvəllüdlü E. Ələkbərov, Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü N. Şükürov, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü K. Əzimov və Samux rayon sakini 1991-ci il təvəllüdlü M. Sadıqzadədir.

Məlumata görə xəsarət alanlar ustadırlar və onlar Kəlbəcərdə yeni tikilən binalara qaz çəkən zaman partlayış olub.

Faktla bağlı araşdırma aparılır.

***

22:37

Kəlbəcərdə qaz partlayışı olub.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 4 nəfər yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları ilə bağlı hələ ki, heç nə məlum deyil.

Seçilən
2
3
apa.az

10Mənbələr