Kəlbəcərdə yanıq xəsarətləri alanların adları məlum olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə xəsarət alanlar Yevlax rayon sakini 2001-ci il təvəllüdlü E. Ələkbərov, Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü N. Şükürov, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü K.Əzimov və Samux rayon sakini 1991-ci il təvəllüdlü M. Sadıqzadədir. Məlumata görə xəsarət alanlar ustadırlar və onlar Kəlbəcərdə yeni tikilən binalara qaz çəkən zaman partlayış olub. Faktla bağlı araşdırma aparılır.
***
Kəlbəcərdə qaz partlayışı olub. Məlumata görə, hadisə rayon ərazisində qeydə alınıb. Hadisə nəticəsində 4 nəfər yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları ilə bağlı hələ ki, heç nə məlum deyil.