AZ

Rusiya Xəzərin qurumasına qarşı layihəni maliyyələşdirməkdən imtinaetdi...

Rusiya baş nazirinin müavini VitaliSavelyev Putinə züsusi məktubla müraciət edib.Vitse - premyer Putinə Volqa- Xəzər dəniz gəmiçiliyi kanalının 188 km hissəsində dərinliyin 4,2 metrdən 4,5 metrə kimi artırılması layihəsinin səmərəli olmadığını və layihənin maliyyələşdirilməsinin dayandırılmasını təklif edib. Savelyev layihənin hədsiz bahalı olduğunu və indiki halda ona böyük maliyyə qoyulmasının lüzumsuz olduğunu bildirib.

Söhbət əslində Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün Rusiyanın illər öncə həyata keçirməyə başladığı layihədən gedir. İllərdir maliyyələşdirilən layihədən Rusiya hökumətinin niyə məhz indi imtina etməsi düşündürücüdür və işin arxasında geosiyasi nüansların olduğuna şübhə yeri qoymur.

Məsələ bundadır ki, Volqa- Xəzər kanalının dayazlaşması Xəzər dənizinin qurumasının əsas səbəbidir. Dənizdə quruma o qədər sürətlə gedirki, 2030- cu ilə qədər Xəzərin azı 1 metr aşağı yenəcəyinə heç kimin şübhəsi olmasın. Bu o deməkdir ki, Xəzər dənizində böyük yükgəmilərinin hərəkəti mümkünsüz hala gələcək, çünki Volqa- Xəzər kanalının dayazlaşması gəmilərin bu kanala daxil olmasını mümkünsüz edir.

Bu o anlama gəlir ki, Transxəzər dəhlizlərinin inkişaf perspektivləri getdikcə zəifləyəcək.
Xəzərdə suyun çəkilməsi ən çox Rusiyanın və Qazaxıstanın payına düşən hissələrdə baş verir. Demək əsas logistika mərkəzlərindən biri olan Qazaxıstanın Aktau limanı əhəmiyyətini itirməyə başlayacaq.

Əgər Transxəzər nəqliyyat marşrutlarının önündə yeni perspektivlərin açıldığı vaxtda, yeni üçtərəfli formatların yarandığı vaxtda, Qazaxıstanın öz neftini Bakı üzərindən Qərbə çıxarmaq üzərində düşündüyü vaxtda Rusiya böyük layihənin maliyyələşməsindən imtina edirsə, deməli, səbəb siyasi və geosiyasidir.

Seçilən
24
aznews.az

1Mənbələr