AZ

Zelenski - Putin danışıqları Türkiyədə baş tuta bilər


Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar apara bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna lideri axşam müraciətində deyib.
Onun sözlərinə görə, görüş üçün potensial məkan kimi Fars körfəzi və ya Avropa ölkələri də nəzərdən keçirilir:
“Bu həftə Türkiyə və Fars körfəzi ölkələri, ruslarla danışıqlar üçün məkan ola biləcək Avropa ölkələri ilə təmaslar olacaq. Bizim tərəfimizdən müharibəni bitirmək üçün hər şey mümkün qədər hazır olacaq. Tərəfdaşlarımızın bunu təsdiqləmələri vacibdir”.
O əlavə edib ki, Ukrayna müharibəni dayandırmağa hazırdır və dialoqa hazırlaşmaq üçün bütün səylərini göstərir. Bununla belə, onun fikrincə, əsas amil Rusiyaya təzyiq göstərməkdə və real sülh prosesinə başlamaqda iradəsi həlledici ola biləcək dünya liderlərinin, ilk növbədə ABŞ-nin mövqeyi olaraq qalır.
Seçilən
81
21
yeniavaz.com

10Mənbələr