ain.az, Apa.az portalına istinadən məlumat verir.
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda qətl törətməkdə ittiham olunanların edam cəzasını tələb etmək niyyətində olduğunu bildirib.
APA xəbər verir ki, o bu haqda Ağ Evdə keçirilən növbəti iclasda çıxışı zamanı danışıb.
“Əgər kimsə paytaxt Vaşinqtonda kimisə öldürərsə, biz ölüm hökmü tələb edəcəyik və bu, çox güclü ehtiyat tədbiridir. Yeri gəlmişkən, bu, cinayətsiz şəhər olacaq.”, – o deyib.
ABŞ prezidenti əmin edib ki, paytaxtda cinayətkarlıq aradan qaldırılacaq.
O, həmçinin federal hökumətə məxsus lazımsız daşınmaz əmlakı da satmaq niyyətində olduğunu açıqlayıb.
“Biz Vaşinqtonda binaları bağlamaq, onları satmaq, başqasının daşınmaz əmlakla varlanmasına icazə vermək istəyirik”, - Tramp əlavə edib.
bildirib. Yeri gəlmişkən, bu, cinayətsiz şəhər olacaq, - deyə söz verdi.
Qeyd edək ki, avqustun 11-də Tramp cinayətkarlıqla mübarizə üçün Milli Qvardiya qoşunlarının Vaşinqtona köçürüldüyünü elan edib. Dövlət başçısı həmçinin şəhərin polis qüvvələrini federal hökumətin nəzarətinə verib və etiraf edib ki, lazım gələrsə, təhlükəsizliyi təmin etmək üçün ABŞ Silahlı Qüvvələri də cəlb oluna bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.