AZ

İran və Avropa ölkələri arasında danışıqlar baş tutub

İran və Avropa üçlüyü ölkələri (Britaniya, Almaniya və Fransa) arasında Cenevrədə danışıqlar baş tutub.

APA xəbər verir ki, bununla bağlı İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi özünün “X” hesabında məlumat yayıb.

“İran və Avropa ölkələri 2231 saylı qətnamə ilə bağlı öz mövqelərini ortaya qoydu. İran diplomatiyaya və qarşılıqlı faydalı həll yoluna sadiq olaraq qalır. Artıq Avropa üçlüyü və BMT Təhlükəsizlik Şurasının düzgün seçim etmək, eləcə də diplomatiyaya vaxt və yer vermək vaxtı çatıb”, - Qəribabadi qeyd edib.

İranlı diplomat görüşün nəticələri ilə bağlı məlumat verməyib.

Qeyd edək ki, bu gün Cenevrə şəhərində baş tutan danışıqlar 12 günlük İran-İsrail müharibəsindən sonra İran və Avropa ölkələri arasında həyata keçirilən ikinci görüşdür.

Seçilən
3
2
apa.az

3Mənbələr