ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda qətl törətməkdə ittiham olunanların edam cəzasını tələb etmək niyyətində olduğunu bildirib.
Axar.az xəbər verir ki, bu barədə o Ağ Evdə çıxışı zamanı deyib.
“Əgər kimsə paytaxt Vaşinqtonda kimisə öldürərsə, biz ölüm hökmü tələb edəcəyik və bu, çox güclü ehtiyat tədbiridir”, – o bildirib.
ABŞ prezidenti əmin edib ki, bununla paytaxtda cinayətkarlıq aradan qaldırılacaq.