"İndyCar"ın dördqat çempionu Aleks Palunun “Red Bull” komandası ilə transfer edəcəyi xəbərləri həqiqəti əks etdirmir.
90deqiqe.Az-ın "F1 Insider"ə istinadən məlumatına görə, ispaniyalı sürücü Maks Verstappenin komanda yoldaşı kimi nəzərdən keçirilməyib və bu məlumat Palunun meneceri Daniyele Audetto tərəfindən yayılıb.
Məlumata görə, Paluya həqiqi maraq “Alpine” tərəfindən göstərilə bilər. Komanda 2026-cı il üçün Franko Kolapintonun əvəzləyicisini axtarır. Komandanın rəhbəri Flavio Briatore, Palunun mentorluğunu davam etdirən Fernando Alonso ilə sıx əlaqədədir.
Palu son illərdə "IndyCar"da dominantlıq edir, 2021, 2023, 2024 və 2025-ci illərdə çempion olub. Hazırki mövsümdə isə “Indi-500” qələbəsini də əlavə edib. 2022-ci ildə “MakLaren” vasitəsilə Formula 1-ə keçmək cəhdi hüquqi mübahisə ilə nəticələnib və sürücü “Chip Ganassi Racing”də qalmaq məcburiyyətində qalıb.
“Red Bull”la bağlı yayılan söz-söhbətlərə baxmayaraq, Palu üçün daha real variant “Alpine” kimi görünür. 2026-cı ildən komandada “Mercedes” mühərlikləri istifadə olunacaq ki, bu da layihəni ispaniyalı sürücü üçün cəlbedici edə bilər.