AZ

Yevlaxda 66 yaşlı kişi bıçaqlandı Qazi oğlu saxlanıldı

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

23:20DİN-in Mətbuat xidmətinin regional qrupundan Milli.Az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin 36 yaşlı oğlu  Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. 

Faktla bağlı cinayət işi  başlanılıb. İbtidai istintaq aparılır. 

Qeyd edək ki, saxlanılan şəxs - V.Talıbov Vətən müharibəsi qazisidir.-------

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az-ın xəbərinə görə, hadisə rayonun Havarlı kəndinə olub.

Belə ki, kənd sakini 1959-cu il təvəllüdlü Hüsü Talıbov mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı H.Talıbov Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisəni törətməkdə H.Talıbovun oğlu Vüsal Talıbov şübhəli bilinir.

Həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
news.milli.az

3Mənbələr