AZ

Ukrayna hökuməti 22 yaşadək kişilərin ölkədən çıxışına icazə verdi

BAKI, 26 avqust. TELEQRAF

Ukrayna hökuməti 22 yaşadək kişilərin ölkədən çıxışına icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin baş naziri Yuliya Sviridenko özünün “Telegram” kanalında yazıb.

Sviridenkonun sözlərinə görə, hökumət dövlət sərhədinin keçilməsi qaydasını yeniləyib.

“18-22 yaş arası kişilər hərbi vəziyyət zamanı maneəsiz şəkildə sərhədi keçə biləcəklər. Söhbət müvafiq yaşda olan bütün vətəndaşlardan gedir”, - nazir əlavə edib.

Hökumət başçısı qeyd edib ki, bu qərar xaricdə olan vətəndaşlara da aiddir.

“Biz istəyirik ki, ukraynalılar Ukrayna ilə əlaqələrini maksimum qorusunlar. Dəyişikliklər qərarın rəsmi dərc olunmasından sonrakı gün qüvvəyə minəcək”, - o əlavə edib.

Seçilən
3
2
teleqraf.com

3Mənbələr