AZ

İran XİN rəhbəri İsraillə yenidən qarşıdurma ola biləcəyini açıqlayıb

İran etiraf edir ki, İsraillə silahlı toqquşma təkrarlana bilər, lakin o, regionda baş verəcək hər hansı hazırdır.

APA xəbər verir ki, bunu “Al-Sharq Al-Awsat” qəzetinə müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Hər şey mümkündür, lakin biz istənilən şəraitə hazırıq. 12 günlük müharibədə İsrail və ABŞ öz məqsədlərinə çata bilmədilər, İran isə qəhrəmancasına müqavimət göstərdi və təcavüzə eyni vaxtda cavab verdi", - deyə o bildirib.

Onun sözlərinə görə, İsrail İran ərazisinə hücumları başladandan 12 gün sonra birtərəfli qaydada şərtsiz atəşkəs istəyib.

"Əgər onlar bu ssenarini təkrarlamaq istəsələr, biz hazırıq. Bununla belə, 12 günlük müharibə sübut etdi ki, hərbi variant uğursuz başa çatdı. Ona görə də mən onların yenidən belə bir addım atacaqlarına şübhə edirəm. Amma bu baş verərsə, oxşar, lakin daha sərt cavabla üzləşəcəklər", - deyə Əraqçi əlavə edib.

Seçilən
12
3
apa.az

4Mənbələr