AZ

Çempionlar Liqası: Qazaxıstan klubu tarixində ilk dəfə əsas mərhələyə yüksəldi

BAKI, 26 avqust. TELEQRAF

Qazaxıstanın “Kayrat” klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, Almatı təmsilçisi pley-off mərhələsində Şotlandiyanın "Seltik" komandasını üstələyib.

Hər iki oyunda 0:0 hesabı ilə nəticələndiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan qazaxıstanlılar əsas mərhələyə yüksəlib - 3:2.

Qeyd edək ki, Qazaxıstan klublarında daha əvvəl "Astana" 2015/16 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.

Seçilən
9
3
teleqraf.com

6Mənbələr