NATO-ya üzv ölkələr münaqişə halında Rusiya ordusunu dayandırmaq üçün şərq sərhədlərində bataqlıqların bərpası imkanlarını fəal şəkildə nəzərdən keçirirlər.
Moderator.az bu barədə "Politico" nəşrinə istinadla xəbər verir.
Finlandiya və Polşa nümayəndələri nəşrə bildiriblər ki, bataqlıqların bərpası eyni zamanda iki problemi həll edə bilər:
"Sərhəddəki təbii istehkamları gücləndirmək və iqlim dəyişikliyi ilə mübarizəyə kömək etmək".
Polşa Müdafiə Nazirliyi sərhədləri gücləndirmək üçün 10 milyard zloti (2,3 milyard avro) dəyərində olan "Şərq qalxanı" planının meşələrin və bataqlıqların bərpası tədbirlərini əhatə etdiyini bəyan edib.
Nəşr qeyd edir ki, Avropanın şərqində yerləşən ölkələrin hökumətləri bu təklifə xüsusi şövqlə yanaşıblar.
Birincisi, bataqlıqların bərpası nisbətən ucuz başa gələcək, ikincisi, hakimiyyət orqanlarının fikrincə, eyni zamanda hərbi məqsədlərə nail olunacaq.