"Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı qaz sızması baş verib".
Bu barədə Oxu.Az-a Kəlbəcər rayonunun Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.
Qeyd olunub ki, heç bir dağıntı və ya yanğın baş verməyib. Yoxlanışı həyata keçirən 3 məsul şəxs və 1 nəfər mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı bir təhlükə yoxdur. pizza
Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Telegram kanalımız