Kəlbəcər, 27 avqust, Elcan Məmmədov, AZƏRTAC
Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində qaz borusu partlayıb.
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hadisə qaz təchizatının yoxlanışı zamanı baş verib. Yoxlanış zamanı üç məsul şəxs və bir nəfər mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib.
Hadisənin səbəbləri araşdırılır.