UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.
İdmanxeber.az xəbər verir ki, Qazaxıstan təmsilçisi “Kayrat” Şotlandiyanın “Seltik” klubunu mübarizədən kənarlaşdırıb.
Hər iki görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Nəticədə qalib penaltilər seriyasında müəyyənləşib. Daha soyuqqanlı oynayan “Kayrat” 3:2 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.