Planda demilitarizasiya zonası və NATO tərəfindən gücləndirilmiş müdafiə xətti nəzərdə tutulur...
Poliqon xəbər verir ki, Financial Times Avropa rəsmilərinə istinadən Qərb ölkələrinin Ukraynanın müharibədən sonrakı dəstəyi üçün ilkin plan hazırladığını yazıb.
Məlumata görə, plan çərçivəsində demilitarizasiya zonası yaradılması nəzərdə tutulur. Bu zona neytral üçüncü ölkənin sülhməramlı qüvvələri tərəfindən patrul edilə bilər və həm Ukrayna, həm də Rusiya ilə razılaşdırılmalıdır.
Demilitarizasiya zonasının arxasında daha möhkəm sərhəd xətti qurulacaq. Bu sərhəd Ukrayna ordusu tərəfindən qorunacaq. NATO hərbçilərinin təlimi və silah dəstəyi ilə gücləndiriləcək Ukrayna qüvvələri həmin ərazidə əsas müdafiəni təmin edəcək.
Planın üçüncü mərhələsi isə Ukraynanın dərinliklərində Avropa rəhbərliyində formalaşdırılacaq “səbr gücləri”nin yerləşdirilməsini nəzərdə tutur. Onları isə arxa cəbhədən ABŞ ordusu dəstəkləyəcək.
Poliqon.info