AZ

Xəzər dənizi sahillərində 5,5 maqnitudalı zəlzələ baş verdi

BAKI, 27 avqust. TELEQRAF

Xəzər dənizi sahillərində 5,5 maqnitudalı zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Rusiyanın İzberbaş şəhərindən 28 km şərqdə, Dərbənddən 51 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı yerin 10 km dərinliyində yerləşib.

Zəlzələ Azərbaycanın bir sıra rayonlarında, o cümlədən şimal və qərb rayonlarında, Sumqayıt şəhərində hiss edilib.

Seçilən
25
teleqraf.com

1Mənbələr