AZ

Uitkoff: İlin sonuna kimi üç münaqişəni həll etməyi hədəfləyirik

Vaşinqton, 27 avqust , AZƏRTAC

ABŞ Rusiya-Ukrayna müharibəsini, İranın nüvə danışıqlarını və Qəzzada İsrail-Həmas müharibəsini ilin sonuna kimi həll etməyə ümid edir.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff kabinet iclasında deyib.

"Rusiya-Ukrayna, İran, İsrail-Həmas. Bu həftə bu münaqişələrin hər üçü ilə bağlı görüşlər keçiririk və ümid edirik ki, onları ilin sonuna qədər həll edəcəyik", - deyə o bildirib.

Prezident Donald Trampın da iştirak etdiyi görüşdə Uitkoff Amerika liderinin cəmi səkkiz ay ərzində yeddidən çox münaqişəni həll etdiyini əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
20
1
azertag.az

2Mənbələr