AZ

50 futbolçu arasında seçim edəcək - Yığmamızla oyun üçün

DÇ-2026-nın seçmə mərhələsində ilk oyunlarını Azərbaycan və Fransa millilərinə qarşı keçirəcək İslandiya yığmasının təxmini “23-lüy”ü bəlli olub.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Arnar Qunnlauqsson 50 futbolçu arasında seçim edəcək.

Çalışdırıcının qapı xətti ilə bağlı ciddi narahatlığı yoxdur. Hakon Rafn Valdimarsson (“Brentford”) və Elias Rafn Olafsson (“Midtyulland”) zədələnməyəcəkləri təqdirdə heyətdə yer alacaqlar. Yalnız 3-cü qapıçının kimliyi sual altındadır. Bunun isə Lukas Petersson (“Hoffenhaym”) olması gözlənilir. Digər namizədlər Frederik Şram (“Valur”), Runar Aleks Runarsson (“Kopenhagen”) və Anton Ari Eynarssondur (“Breydablik”).

Baş məşqçi müdafiəçi seçimi zamanı birdən çox mövqedə oynamağı bacaran oyunçulara üstünlük verir. Bəzi arxa xətt oyunçularının klublarında meydana çıxmaması müxtəlif dəyişikliklərə səbəb ola bilər. Müdafiə xəttinə əsas 7 namizəd bunlardır: Mikael Eqill Ellertsson (“Cenoa”), Sverrir İnqi İnqason (“Panatinaikos”), Daniel Leo Qretarsson (“Syenneryuske”), Loqi Tomasson (“Samsunspor”), Byarki Steinn Byarkason (“Venetsiya”), Viktor Palsson (“Plimut”), Aron Einar Qunnarsson (“Al Qarafa”).

Müdafiəyə alternativ namizədlər: Hyerdur Maqnusson (klubsuz), Hyertur Hermannsson (“Volos”), Xlinyur Karlsson (“Brommapoykarna”), Valqeyr Lyunddal Fridriksson (“Fortuna”), Kolbeynn Birgir Finnsson (“Utrext”), David Kristyan Olafsson (“Krakoviya”), Daqur Den Torhallsson (“Orlando Siti”), Brinyar İnqi Byarnason (“Qreyter Fürt”), Runar Tor Siqurqeyrsson (“Villem II”), Alfons Sampsted (“Birmingem”), Atli Barkarson (“Tsulte Varegem”), Qudmundur Torarinsson (“Noah”).

Yarımmüdafiəçilərin də bəziləri formadan uzaqdır. Baş məşqçi 10 yarımmüdafiəçi dəvət etməyi planlaşdırır: Hakon Arnar Haraldsson (“Lill”), İsak Berqmann Yohannesson (“Köln”), Stefan Teytur Tordarson (“Preston”), Torir Yohann Helqason (“Leççe”), Arnor İnqvi Traustason (“Norrçöpinq”), Villum Tor Villumsson (“Birmingem”), Kristian Nökkvi Hlinsson (“Tvente”), Yon Daqur Torsteinsson (“Herta”), Mikael Nevill Anderson (“Yurqarden”), Kolbeinn Tordarson (“Göteborq”).

Alternativlər Yohann Berq Qudmundsson (“Al Dafra”), Arnor Siqurdsson (“Malmö”), Qulfi Tor Siqurdsson (“Vikinqur”), Ari Siqurpalsson (“Elfsborq”), İsak Andri Siqurqeirsson (“Norrçöpinq”), Giisli Qottskalk Tordarson (“Lex”), Julius Maqnusson (“Elfsborq”), Andri Fannar Baldurssondur (“Kasımpaşa”).

Arnar Qunnlauqssonun hücum üçün seçim imkanları daha genişdir. Çünki əksər forvardlar mövsümə parlaq başlayıb. Bu mənada baş məşqçinin seçim zamanı işi çətin olacaq. Əsas hücumçular Orri Steinn Oskarsson (“Real Sosyedad”), Albert Qudmundsson (“Fiorentina”), Andri Lukas Qudyonsendirsə (“Gent”), alternativlər arasında Stefan İnqi Siqurdarson (“Sandefyord”), Daniel Tristan Qudyonsen (“Malmö”), Brynyolfur Andersen Villumsson (“Qroningen”), Saevar Atli Maqnusson (“Brann”), İsak Snaer Torvaldsson (“Lyunqbi”), Kristall Mani İnqason (“Syenneryuske”) və Nökkvi Teyr Torissonun (“Sparta”) adı var.

Sentyabrın 5-də Azərbaycan millisinin qəbul edəcək İslandiya yığması dörd gün sonra Fransanın qonağı olacaq.

Seçilən
15
sportinfo.az

1Mənbələr