AZ

Xəzərdə güclü zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

Zəlzələnin mərkəzi Dağıstan respublikasının İzberbaş şəhəri yaxınlığında, 66 km dərinlikdə olub.

Yerli vaxtla saat 00:33-də baş verən zəlzələnin 5.3 bal gücündə olduğu bildirilir.

Zəlzələ Bakı və Sumqayıt başda olmaqla Azərbaycanın bir çox ərazilərində o cümlədən Xankəndi, Ağdam, Füzuli, Şabran, Gəncə, Nabran, Oğuz, Xaçmaz kimi rayonlarda da hiss olunub.

Seçilən
68
2
turkustan.az

5Mənbələr