AZ

Baş nazir gizli sənədləri aeroportda unutdu

İsveçdə hökumət katibliyində təhlükəsizliklə bağlı yeni qalmaqal alovlanıb.

Axar.az xəbər verir ki, “Dagens Nyheter” qəzetinin müəyyən etdiyinə əsasən, 2022-ci ilin noyabrında Baş nazir Ulf Kristerssonun Türkiyəyə səfərindən sonra Arlanda hava limanında onun gizli sənədlər olan xidməti qovluğu unudulub.

Qovluğu terminalda təmizlik işçisi tapıb. Nəşrin məlumatına görə, sənədlərin bir hissəsi xarici siyasət sirrinə aid olub və onların açıqlanması İsveçin digər dövlətlərlə münasibətlərinə zərər vura bilərdi. Buna baxmayaraq, hadisə Təhlükəsizlik Xidmətinə ötürülməyib, çünki hakimiyyət həmin sənədlərin “qorunan” kateqoriyasına aid olmadığını hesab edib.

Hadisəni həm politoloqlar, həm də müxalifət kəskin tənqid edib. Professor Yoran Sundström vəziyyəti “İsveç və onun beynəlxalq tərəfdaşları üçün rüsvayçılıq” adlandırıb. Onun sözlərinə görə, bu cür insidentlər ölkəyə müttəfiq kimi etimadı sarsıdır.

“Bu, sadəcə səhlənkarlıq deyil. Bu, digər dövlətlərə qarşı utancvericidir”, – deyə professor vurğulayıb.

Seçilən
19
3
axar.az

4Mənbələr