AZ

Almaniyanın daxili işlər naziri sərhədlərdən geri qaytarılmaların təsirli olduğunu hesab edir

Berlin, 27 avqust, AZƏRTAC

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt sığınacaq axtaranların sərhədlərdə geri qaytarılmasını təsirli tədbir adlandırıb.

AZƏRTAC xəbər verir ki, nazir “Stern” jurnalına açıqlamasında mayın 8-dən indiyədək dövlət sərhədlərində 10 mindən çox qanunsuz miqrantın geri qaytarıldığını, onlardan 550-sinin sığınacaq üçün müraciət edən şəxslər olduğunu bildirib.

Onun sözlərinə görə, nəzarətlərin başlanmasından bəri Almaniya sərhədlərində ümumilikdə 30 mindən çox şəxs geri qaytarılıb. Bu istiqamətdə görülən tədbirlər nəticəsində qanunsuz miqrantların sayı iki dəfə azalıb. O, Almaniyanın qanunsuz miqrasiya üçün hədəf ölkələr arasında artıq üçüncü sıraya gerilədiyini qeyd edib.

Almaniya sərhədlərində nəzarət tədbirlərinin sərtləşdirilməsinə mayın 8-dən başlanılıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
7
1
azertag.az

2Mənbələr