AZ

BAEA müfəttişlərinin birinci qrupu İrana qayıdıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ilk müfəttiş qrupu İrana qayıdıb və İran nüvə obyektlərində işlərini bərpa etməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə qurumun baş direktoru Rafael Qrossi məlumat verib.

"BAEA müfəttişlərinin birinci qrupu İrana qayıdıb və biz oradakı işimizi bərpa etmək üzrəyik. İranda çoxlu obyektlər var, bəziləri hücuma məruz qalıb, bəziləri isə yox. İşimizin bərpasını asanlaşdırmaq üçün hansı praktik mexanizmlərin işə salınması lazım olduğunu müzakirə edirik", - o deyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
apa.az

2Mənbələr