BAKI, 27 avqust. TELEQRAF
Avropa İttifaqı (Aİ) Rusiyanın zəifləmiş hərbi iqtisadiyyatına daha güclü zərbə vurmaq üçün yeni tədbirlər hazırlayır. Lakin neft və təbii qaz idxalından imtina etmək barədə artıq qəbul edilmiş qərardan sonra Brüsseldə çox yaxşı başa düşürlər ki, Aİ deyil, məhz Vaşinqton ən ağrılı zərbəni vurmaq iqtidarındadır.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
"Moskva üçün ən ağrılı ikinci dərəcəli sanksiyalar - Rusiya ilə biznes aparan şirkətlərə və ya ölkələrə qarşı sanksiyalar ola bilər. Lakin məhz ABŞ belə tədbirləri real olaraq tətbiq etmək və onların işləməsini təmin etmək iqtidarındadır", - materialda deyilir.
Bildirilir ki, Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla Alyaskada görüşməyə yalnız Vaşinqton Rusiya neftini alan Hindistana qarşı yüksək tariflər tətbiq etdikdən sonra razılaşıb. Növbəti addım Rusiya üçün həyati əhəmiyyət kəsb edən Çinə qarşı oxşar sanksiyaların tətbiq edilməsi ola bilər.
Nəşr iddia edir ki, Tramp, bu variantdan sülh danışıqları uğursuz olacağı təqdirdə istifadə ediləcək.