AZ

Ölkəmizin Britaniya ilə ticarəti genişlənib

Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar – iyul aylarında Azərbaycanla Britaniya arasında ticarət əməliyyatlarının həcmi 886 milyon ABŞ dolları (2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 336 milyon dollar və ya 54 faiz çox) təşkil edib.

Bildirilib ki, hesabat dövründə Britaniya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,07 faizi həcmində olub. Bununla da Britaniya ölkəmizin ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 6-cı yerdə qərarlaşıb.

Cari ilin yanvar – iyul aylarında Azərbaycandan Britaniyaya 216 milyon dollarlıq məhsul göndərilib. Eyni zamanda, bu dövrdə Britaniyadan respublikamıza 670 milyon dollar (illik müqayisədə 518,4 milyon dollar və ya 4,4 dəfə çox) dəyərində idxal əməliyyatları həyata keçirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar – iyul aylarında Azərbaycan xarici ölkələrlə 29 milyard dollar (ötən ilin eyni dövrünə nisbətən 7,25 faiz çox) dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 15,2 milyard dolları ixracın, 13,6 milyard dolları isə idxalın payına düşüb.

Seçilən
43
1
xalqqazeti.az

10Mənbələr