AZ

Azərbaycan Qran-prisinin qalibləri Bakıya gələcək

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibləri Serxio Peres və Valtteri Bottas Bakıya gələcəklər.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

"Cadillac" 2026-cı ildə ilk dəfə "Formula 1" çempionatında iştirak edəcək heyətini açıqlayıb. Komanda təcrübəli pilotlar, çoxsaylı Qran-pri qalibləri Serxio Peres və Valtteri Bottas ilə müqavilə bağladığını elan edib.

Onlar birlikdə 527 Qran-priyə qatılıb və 16 qələbə qazanıblar. Bu da onları çempionatın ən təcrübəli duetlərindən birinə çevirib.

S.Peres Azərbaycan Qran-prisinin ikiqat qalibidir. O, "Red Bull Honda"nın heyətində 2021 və 2023-cü illərdə Bakıda qalib gəlib.

V.Bottas isə 2019-cu ildə "Mercedes" komandasının tərkibində Azərbaycan Qran-prisinin qalibi olub. "Cadillac" 2026-cı ildən etibarən "Formula 1" üzrə dünya çempionatının 11-ci rəsmi iştirakçısı olacaq.

"Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Seçilən
9
sportinfo.az

1Mənbələr