AZ

Bu komanda həvəskarlar arasında Azərbaycan çempionu oldu

AFFA-nın dəstəyi və Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə həvəskar futbolçular arasında keçirilən XXVI Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.

Sportinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı, Sumqayıt və müxtəlif rayonlardan ümumilikdə 43 komandanın qatıldığı ölkə birinciliyinin final oyununda “Marafon” İK və “Məhəllə Uşaqları” üz-üzə gəlib.

Rəqibini 4:0 hesabı ilə məğlub edən “Marafon” İK çempion olub.

Üçüncü yer uğrunda görüşdə “Naftalan Gəncləri” üzərində 4:2 hesablı qələbə qazanan “Tərtər” bürünc mükafata yiyələnib.

Seçilən
7
sportinfo.az

1Mənbələr