AZ

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti olaraq bunları təklif edir

ABŞ münaqişə bitdikdən sonra təhlükəsizlik zəmanəti olaraq Ukraynaya hərbi təyyarələrini yerləşdirməyi və Kiyevə kəşfiyyat məlumatları ötürməyi təklif edib.

Paralel.az xəbər verir ki, məlumatı Britaniyanın Financial Times (FT) qəzeti Avropa və Ukrayna rəsmilərinə istinadən yayıb.

Qəzetin yazdığına görə, avropalılarla aparılan danışıqlar nəticəsində Vaşinqton Böyük Britaniya və Fransanın başçılıq etdiyi “istəklilər koalisiyasının” hərbi kontingentinin yerləşdirilməsini təmin etmək üçün məlumat toplamaq, kəşfiyyat, müşahidə, komandanlıq, nəzarət və hava hücumundan müdafiə vasitələrini təqdim etməyə hazır olduğunu bəyan edib. Eyni zamanda ABŞ-ın özü hələ də Ukraynaya qoşun yeritmək niyyətində deyil.

FT həmçinin yazır ki, ABŞ-ın təmin etməyə hazır olduğu döyüş imkanları toplusu atəşkəs rejiminə peyk vasitəsilə nəzarət etməyə və Ukraynada Qərb qüvvələrinin effektiv koordinasiyasına imkan verəcək. Nəşrin vurğuladığı kimi, Qərb ölkələri münaqişənin nizamlanmasına dair layihə variantını hazırlayıblar ki, bu variantda Ukrayna və Rusiya ilə razılaşdırılaraq, neytral sülhməramlı qüvvələrin patrul etməsi ehtimalı ilə demilitarizasiya zonasının yaradılması nəzərdə tutulur.

Onların planına görə, bu xəttin arxasında NATO-ya üzv ölkələrin silahları ilə təchiz edilmiş Ukrayna Silahlı Qüvvələri yerləşdiriləcək və alyansın təlimatçıları da Ukrayna ərazisində olacaq. Bununla belə, qəzet vurğulayıb ki, ABŞ-ın təhlükəsizlik zəmanətlərinin verilməsində iştirakı ilə belə, bir çox avropalı siyasətçilər gələcəkdə genişmiqyaslı münaqişə riski ilə əlaqədar Ukraynaya qoşun yeritməyin zəruriliyinə şübhə edirlər.(Musavat.com)

Seçilən
84
50
paralel.az

10Mənbələr