AZ

Karateçilərimizin uğuru

Azərbaycan karateçiləri “Marmara Cup” beynəlxalq turnirində komanda hesabında 1-ci yeri tutublar.

Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, yarışda ölkəmizi təmsil edən (uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında) idmançılardan Fərid Savadov (60 kq), Rəşid Süleymanov (75 kq), Nuran Rzazadə (67 kq), Asiman Qurbanlı (+84 kq) qızıl, Mədinə Sadıqova (55 kq), Fariz Şahbazov (60 kq), Aysu Əliyeva (61 kq) və Hüseyn Məmmədli (67 kq) gümüş, Fatimə Cəbrayılova (50 kq), Nəzrin Piriyeva (55 kq), Turqut Həsənov (84 kq), Fərid Şahbazlı (84 kq) və Vahid Həsənov (+84 kq) bürünc medal qazanıb.

Millimiz turnirdə AKF-nin baş məşqçisi Şahin Atamovun rəhbərliyi altında çıxış edib.

Qabil YUSİFOĞLU
XQ

 

Seçilən
11
xalqqazeti.az

1Mənbələr