AZ

İran İsraillə yeni münaqişənin olacağını istisna etmir –ƏRAQÇİDƏN KRİTİK AÇIQLAMA

"İran İsraillə silahlı münaqişənin yenidən başlaya biləcəyini istisna etmir və Yaxın Şərqdə hadisələrin istənilən inkişafına hazırdır".

 

İranın xarici işlər naziri Abbas Əraqçi bunu “Asharq Al Awsat” qəzetinə verdiyi müsahibədə deyib.

 

İsraillə qarşıdurmanın yenidən başlama ehtimalı ilə bağlı sualı cavablandıran nazir deyib: “Hər şey mümkündür”, İran hər cür ssenariyə hazırdır".

 

Onun sözlərinə görə, 12 günlük müharibə zamanı İsrail və ABŞ öz məqsədlərinə çata bilməyiblər, halbuki İran “qəhrəmancasına müqavimət göstərib və eyni zamanda təcavüzə cavab verib”.

 

Publika.az xatırladır ki, 13 iyun tarixində İsrail İrana qarşı “Yüksələn Şir” adlı hərbi əməliyyata başlayıb. Kütləvi hücum zamanı 200-dən çox təyyarə iştirak edib və onlar İranın nüvə obyektlərinə, hərbi bazalarına və silah istehsalı mərkəzlərinə zərbələr endiriblər. İran isə “Doğru vəd - 3” adlı cavab əməliyyatına start verib.

 

22 iyunda ABŞ açıq şəkildə münaqişəyə qoşulub və İran İslam Respublikasının üç nüvə obyektinə - Fordo, Natanz və İsfahana hücum edib. Tehran cavab olaraq ABŞ-ın Qətərdəki hərbi bazasına zərbə endirib.

 

İki gün sonra ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran və İsrail atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər.

Seçilən
7
1
senzor.az

2Mənbələr