AZ

Kəlbəcərdə qaz borusu partladı -

Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı partlayış olub.

 

Senzor.az Kəlbəcər rayonunun Bərpa,Tikinti və İdarəetmə Xidmətinə istinadən bildirir ki, hadisə zamanı heç bir dağıntı və ya yanğın baş verməyib.

 

Yoxlanışı həyata keçirən 3 məsul şəxs və mənzil sahibi yüngül xəsarət alıblar. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.

 

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 

Seçilən
19
5
senzor.az

10Mənbələr