AZ

SAXAL: Qəzzada öldürülən “Reuters” və AP jurnalistləri hücum hədəfi olmayıb

BAKI, 27 avqust. TELEQRAF

İsrailin Qəzzada yerləşən xəstəxanaya endirdiyi zərbələr nəticəsində “Reuters” və “Associated Press” (AP) agentliklərinin öldürülən iki jurnalisti hücum hədəfi olmayıb.

Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) nümayəndəsi bildirib.

SAXAL rəsmisi ordu komandanının xəstəxanaya zərbə qərarının araşdırılması üçün əlavə təhqiqatın keçirilməsi barədə əmri verdiyini söyləyib.

Xatırladaq ki, İsrailin bazar ertəsi Qəzza zolağının cənubunda yerləşən Nasser xəstəxanasına endirdiyi zərbə nəticəsində “Reuters”, “Associated Press”, “Əl-Cəzirə” və digər media qurumları üçün işləyən jurnalistlər də daxil olmaqla azı 20 nəfər ölüb.

Seçilən
16
teleqraf.com

1Mənbələr