AZ

Məhkəmə sahibkara qarşı dələduzluq edən “Saloğlu”nun sürücüsü ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Yusif Əmirovun (soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayəti təmin edilməyib.


İttihama görə, Yusif Əmirov Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Ər-Riyad” ticarət mərkəzindəki “Saloğlu” mebel mağazasında sürücü işləyib. O, tanışı zərərçəkmiş Natəvan Həsənovaya (soyadı şərtidir) tanışına məxsus bağlanmaqda olan mağazanın maya dəyərindən aşağı qiymətə satışa çıxardığı pərdə və lüstr məhsullarını ucuz qiymətə alaraq baha qiymətə satıb qazanc əldə etmək barədə yalan vəd verib. Təqsirləndirilən şəxs bu məqsədlə qadından zərərçəkmişin öz pərdə-tül mağazasında 15 iyun 2020-ci il və 18 iyun 2020-ci il tarixlərdə hər dəfə 5000 manat olmaqla, ümumilikdə 10 000 manat məbləğində pulu alaraq dələduzluq edib.


İstintaq dövründə Yusif Əmirov Natəvan Həsənovaya dəymiş ziyanı tam ödəyib. Qadın isə məhkəmədə ondan şikayətçi olmadığını bildirib.


Abşeron Rayon Məhkəməsinin hökmü ilə ona 1 il 5 ay 28 gün ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, Yusif Əmirovun apellyasiya şikayəti təmin edilməyib.
 

Kamal Məmmədov 

Tarix: 27 Avqust 2025, 08:16   
Seçilən
6
pravda.az

1Mənbələr