AZ

Belçika F-16 qırıcılarının Ukraynaya çatdırılma tarixini açıqlayıb

Belçika Ukraynaya F-16 qırıcılarının yeni partiyasını göndərməyi və 20 milyon avro vəsait ayırmağı planlaşdırır.

Editor.az bu barədə Ukrayna mətbuatına istinadən məlumat yayıb.

Xəbər verdiyimiz kimi, Kiyev təyyarəni sentyabrda alacaq, pul isə infrastrukturun təmirinə sərf olunacaq.

Qeyd edək ki, Ukrayna Qərbdən ilk F-16-larını 2024-cü ilin iyul ayının sonunda alıb. Qırıcı təyyarələrin Rusiya hərbçiləri tərəfindən məhv edilməsinin qarşısını almaq üçün cəbhə xəttindən 40 kilometr aralıda yerləşdirilib. Ukrayna tərəfi daha sonra ilk 10 təyyarəni qəbul edib, Ukrayna Silahlı Qüvvələri isə ümumilikdə 79 qırıcı təyyarəni təhvil verməyi öhdəsinə götürüb. Həmin vaxt Hollandiya, Belçika, Norveç və Danimarka artıq Ukraynaya F-16-ların tədarükü barədə razılığa gəlmişdilər.

Lakin Belçika 2024-cü ildə Ukraynaya döyüş təyyarələri göndərə bilməyəcəyini bildirərək, bunu təlim keçmiş ukraynalı hərbi pilotların çatışmazlığı və ehtiyat hissələrinin çatışmazlığı ilə əsaslandırıb.

Belçika hakimiyyəti 2025-ci ilin may ayında Ukraynaya hər il 1 milyard avro dəyərində silah tədarük etməyi və F-16 döyüş təyyarələrinin çatdırılmasını sürətləndirməyi planlaşdırdığını açıqlayıb.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
6
editor.az

1Mənbələr