AZ

Göz yaşlarını saxlamaq vərdişinin orqanizmə təsiri açıqlandı

Göz yaşlarını saxlamaq vərdişi sağlamlıq üçün təhlükəlidir.

 

Bu barədə psixiatr Yaqo Fernandes "Metropoles"ə müsahibəsində danışıb.

 

O, insanları heç vaxt göz yaşlarını və digər emosiyaları saxlamamağa çağırıb.

 

Fernandes qeyd edib ki, emosiyaları boğmaq onları yox etmir. Bununla belə, ifadə olunmayan hislər stres sistemini aktivləşdirir və bununla da orqanizmi yüksək həyəcan vəziyyətinə gətirir. Mütəxəssisin fikrincə, bu, təşviş pozğunluqları, depressiya və yuxusuzluğa gətirib çıxara bilər.

 

Bundan əlavə, o bildirib ki, emosiyaları büruzə vermədikdə, bu, bədəndə xroniki ağrı, yorğunluq və immunitetin zəifləməsi kimi nəticələrə gətirib çıxara bilər. Fernandes izah edib ki, ağladıqdan sonra parasimpatik sinir sistemi aktivləşir ki, bu da qan təzyiqini aşağı salır və ürək döyüntülərinin tezliyini azaldır, həmçinin stresin digər təsirlərini neytrallaşdırır./Oxu.az

Tarix: 27 Avqust 2025, 09:21   
Seçilən
28
2
pravda.az

3Mənbələr