AZ

Mourinyu "Fənərbağça" rəhbərliyini tənqid etdi

"Fənərbağça"nın baş məşqçisiJoze Mourinyu Çempionlar Liqasının pley-off mərhələsində "Benfika" ilə cavab oyunu ərəfəsində İstanbul klubunun rəhbərliyini tənqid edib. 

Fanat.Az xəbər verir ki, "beİN Sports" klubun transfer fəaliyyətsizliyinə görə görə deyinən portuqaliyalının fikirlərini belə çatdırıb: 

"Çempionlar Liqası klubum üçün həqiqətən vacib olsaydı, "Feyenoord" və "Benfika" ilə oyunlarımız arasındakı intervalda nəsə edərdilər. Amma bu arada transfer reallaşdırılmadı. Nəticədə “Benfika” və “Feyenoord”a qarşı eyni heyətlə oynayırıq".

Qeyd edək ki, İstanbulda keçirilən ilk oyunda "Fənərbağça" "Benfika" ilə 0:0 bərabərə qalıb. Cavab görüşü bu gün saat 23:00-da Portuqaliyada baş tutacaq. 

Mirağa

Seçilən
6
fanat.az

1Mənbələr