AZ

Putin-Tramp dialoqu “dünyanı dəyişəcək” - Kreml rəsmisi

Rusiya prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev bəyan edib ki, Putin və ABŞ prezidenti Donald Tramp arasında dialoq “dünyanı dəyişəcək”.

Sitat.info xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun da sədri olan Dmitriyev ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında paylaşım edib.

Putin və Trampın Alyaska görüşündən foto paylaşan Dmitriyev "Putin və Tramp arasındakı dialoq dünyanı dəyişəcək. Bu, qlobal təhlükəsizliyi və rifahı təmin edəcək" -deyib.

Xatırladaq ki, Tramp və Putin avqustun 15-də ABŞ-ın Alyaska şəhərində üç saata yaxın görüş keçiriblər.

Sitat.info 

Seçilən
7
3
sitat.info

4Mənbələr