Vətəninfo.az xəbər verir ki, dünən İranın xarici işlər naziri Abbas Əraqçı “Əş-Şərq Əl-Əvsət” qəzetinə müsahibəsində Tehran Vaşinqtonla dolayı nüvə danışıqlarını bərpa etməyə hazırdır. Ancaq o bildirib ki, bu dialoq yalnız Amerikanın hərbi hücuma addım atmayacağına dair zəmanət verdiyi təqdirdə baş tuta bilər.
“Əgər amerikalılar bombalarla əldə edə bilmədiklərini danışıqlar masası arxasında əldə edəcəklərini düşünürlərsə, yanılırlar”, – deyə, XİN başçısı vurğulayıb.
Regional gərginliklə bağlı danışan nazir #İsraillə yeni qarşıdurma ehtimalını istisna etməyib və İranın “hər cür şəraitə hazır” olduğunu bildirib. O, son 12 günlük münaqişəyə toxunaraq deyib ki, hərbi eskalasiya İsrail üçün fayda verməyib.
Əraqçi, İran və Səudiyyə Ərəbistanı arasında yaxınlaşmadan söz açaraq krallığı İslam dünyasının əsas qütblərindən biri adlandırıb. O, Livan və regional sabitlik məsələlərində Ər-Riyadla dialoqa hazır olduqlarını da qeyd edib.