AZ

5.7 bal gücündə zəlzələ, Bakı və Sumqayıt SİLKƏLƏNDİ

Dağıstanda zəlzələdən tələfat və dağıntı yoxdur

Ekologiya.az xəbər verir ki, Dağıstanda baş verən zəlzələ nəticəsində insan tələfatı və dağıntı qeydə alınmayıb.

Dağıstan Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, yerli əhali arasında panikaya səbəb olan zəlzələ təkanları ciddi ziyan yaratmayıb və vəziyyət nəzarət altındadır.

***

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

“Report” bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Zəlzələ Azərbaycanın bir sıra rayonlarında da hiss edilib.  

***

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Dağıstanda 5,3 bal gücündə zəlzələ olub. 

Musavat.com xəbər verir ki, 26 avqust 2025-ci il tarixində saat 20:33:44 UTC-da (yerli vaxtla 27 avqust 00:33:44) Dağıstan ərazisində 5,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Zəlzələnin episentri Mahaçqala yaxınlığında olub, dərinliyi isə 64 km təşkil edib. 

Hadisənin yaratdığı ziyan və ətraf bölgələrdəki təsirlər barədə məlumatlar hələ açıqlanmayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Qusar stansiyasından 94 km şimalda Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərdə 4-3 bal gücündə hiss olunub.

Screenshot_1.png

***

Musavat.com xəbər verir ki, Mahaçqalada 5,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Bakıda və Sumqayıtda da hiss olunub. 

Qeyd olunur ki, Zəlzələ Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Gürcüstan, Ermənistanda hiss olunub. 

Seçilən
77
1
ekologiya.az

10Mənbələr