"Qarabağ" bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.
Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda "Ferentsvaroş" klubunu qonaq edəcək.
Komandalar arasında Macarıstanda baş tutan ilk matçda "atlılar" 3-1 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, matç saat 20:45-də start götürəcək.