AZ

Kəlbəcərdə qaz partlayışı olub, xəsarət alanlar var -YENİLƏNİB

26.08.2025-ci il tarixində saat 22:20 radələrində 4 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Adalet.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, üz və yuxarı ətrafların ikinci, üçüncü dərəcəli yanığı diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir.

*** 23:53

Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı partlayış olub.

Kəlbəcər rayonunun Bərpa,Tikinti və İdarəetmə Xidmətindən Adalet.az-a bildirilib ki, hadisə zamanı heç bir dağıntı və ya yanğın baş verməyib.

Yoxlanışı həyata keçirən 3 məsul şəxs və mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

XXX

22:45

Kəlbəcərdə qaz partlayıb.

Adalet.az-ın  məlumatına görə ,hadisə rayonun ərazisində qeydə alınıb. Belə ki, 4 nəfər yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar Yevlax rayon sakini 2001-ci il təvəllüdlü E.Ələkbərov, Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü N.Şükürov, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü K.Əzimov və Samux rayon sakini 1991-ci il təvəllüdlü M.Sadıqzadədir. Məlumata görə yanıq xəsarətləri alanlar ustadırlar. Onlar Kəlbəcərdə yeni tikilən binalara qaz çəkənlər olub.

Faktla bağlı araşdırma aparılır./Unikal

Seçilən
52
3
adalet.az

4Mənbələr