AZ

"Ötən gecə baş verən zəlzələyə görə təlaşa düşməyə ehtiyac yoxdur"


Hər gün təkanlar olur, ötən gecə baş verən zəlzələyə görə də təlaşa düşməyə ehtiyac yoxdur. Bunu "Report"a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, ölkə ərazisində gözlənilən dağıdıcı zəlzələ ehtimalı yoxdur: “Gecə saatlarında Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, yeraltı təkanın ocağı 66 kilometr dərinlikdə yerləşib. Azərbaycanda da hiss olunub. Zəlzələ dərinlikdə olduğu üçün hiss olunub. Təki həmişə belə zəlzələ olsun. Hər gün zəlzələ olur. Qonşu ölkələrdə - Gürcüstan, Ermənistan, İranda, eyni zamanda Xəzər dənizində təkanlar var. Bunların hiss olunması normaldır”.

Mətləb

Seçilən
42
24
baki-xeber.com

10Mənbələr