AZ

Almaniya və Belçika Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxıb – ÖZƏL

Almaniya kansleri Fridrix Mers və Belçikanın baş naziri Bart de Vever Avropa İttifaqında Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin müsadirəsi ideyasına skeptik yanaşıb. 

Olaylar.az xəbər verir ki, onlar bu barədə Berlində keçirilən görüşdən sonra "Bild" nəşrinə açıqlama veriblər.

De Vever bildirib ki, aktivlərin birbaşa müsadirəsi ciddi hüquqi çətinliklərlə bağlıdır. Mers isə əlavə edib ki, belə addım Avropa maliyyə bazarına mənfi təsir göstərə bilər, çünki digər dövlətlər öz ehtiyatlarını Aİ-dən çıxarmağa başlaya bilər.

Hazırda Avropa İttifaqında Rusiya Mərkəzi Bankına məxsus təxminən 210 milyard avro dondurulub. Bu vəsaitin yalnız gəliri istifadə olunur və həmin gəlirlər Ukrayna üçün silah və sursat alınmasına yönləndirilir.

Belçika baş naziri qeyd edib ki, mövcud mexanizm effektivdir və onu "qızıl yumurta verən qaz"la müqayisə edib. Onun sözlərinə görə, aktivlərin taleyi yalnız Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi imzalandıqdan sonra müzakirə edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr