Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində rubrika keçirir.
"Ekspert rəyi" adlanan layihədə günün oyunu olan "Qarabağ" - "Ferentsvaroş" matçına "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərini təqdim edirik. Proqnozlara görə bugünkü matçda hər iki komanda qol vuracaq.
1. Ekspert - Nurlan Valehoğlu
Oyun: "Qarabağ" - "Ferentsvaroş"
Təxmin - Hər iki komanda qol vuracaq - Bəli - Əmsal, 1.60
"Avropkuboklarda mübarizəsini davam etdirən yeganə təmsilçimiz “Qarabağ” Çempionlar Liqasında əsas mərhələyə çox yaxındır. Köhlən atlar pley-off mərhələsinin ilk oyununda səfərdə 3:1 məğlub etdiyi “Ferentsvaroş”u Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Tam dolu tribunalar qarşısında Macarıstan klubu ilə üz-üzə gələcək “Qarabağ”ın istədiyi nəticəyə çatacağını düşünürəm. İlk dəqiqələrdən rəqibin hücuma atılacağını və müdafiədə boşluqlar vercəyini təxmin edirəm. Proqnozum, hər iki komanda qol vuracağıdır".
2. Eskpert - Tural Dadaşov
Oyun: "Qarabağ" - "Ferentsvaroş"
Təxmin - Hər iki komanda qol vuracaq - Bəli - Əmsal 1,58
"UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edir. Ötən həftə tərəflər arasında Budapeştdə keçirilən ilk görüşdə Ağdam təmsilçisinin 3-1 hesablı parlaq qələbəsi qeydə alınıb. İrlandiyanın "Şelburn" klubunu səfərdə 3-0, evdə isə 1-0 hesabı ilə üstələyərək mərhələ adlayan Ağdam təmsilçisi ardından Şimali Makedoniyanın "Şkendiya" kollektivini səfərdə 1-0, evdə 5-1 hesabı ilə məğlub edərək keçib. Mübarizəyə 2-ci mərhələdən qoşulan "Ferentsvaroş" Ermənistanın "Noa" klubunu səfərdə 2-1, evdə 4-3 hesablı qələbə ilə, Bolqarıstan təmsilçisi "Ludoqorets"i səfərdə 0-0 hesablı heç-heçə, evdə 3-0 hesablı qələbə ilə sıradan çıxarıb. Budapeşt klubunun Macarıstan çempionatının 4 turunda 2 qələbə , 1 məğlubiyyət və 9 qolu var. Bu görüşdə qarşılıqlı qollar variantına üstünlük verirəm".
Daha çox oyun haqda məlumat əldə etmək üçün bura daxil ola bilərsiniz...