Tanınmış müğənni nişanlanlandı
Ajans.az müğənnin İnstaqram hesabına istinadən xəbər verir: “İngilis dili müəlliminiz və idman zalı müəlliminiz evlənir.” Posta Kelcenin Swiftə evlilik təklifi etdiyi anları əks etdirən fotolar da əlavə olunub. Şəkillərdə cütlüyün əl-ələ tutduğu və brilyant qaşlı nişan üzüyü diqqət çəkib. Dörd saat ərzində paylaşım 18 milyondan çox bəyənmə toplayıb. Avril Lavigne, Cara Delevingne kimi məşhurlar da sosial şəbəkələrdə cütlüyü təbrik ediblər. Kelcenin komandası isə X-dəki (keçmiş Twitter) paylaşımında “bu gün nağıldır” deyə qeyd edib: “Travis və Taylora təbriklər – sizi Chiefs Kingdom ailəsinin daimi üzvü kimi görməkdən şadıq.” ABŞ prezidenti Donald Tramp da reaksiyasını bildirib: “Onlara çox uğurlar arzulayıram. Düşünürəm ki, Travis əla oyunçudur, gözəl insandır.” PA xəbər agentliyi yazır ki, Swiftin üzüyü köhnə mədən kəsimidir və o, Artifex Fine Jewellery tərəfindən Kindred Lubeck imzası ilə hazırlanıb. Swift İnstaqram hekayəsində “The Tortured Poets Department” albomunun antologiya versiyasındakı So High School mahnısını da paylaşaraq nişanlısına sevgisini ifadə edib. Pərəstişkarların fikrincə, albomdakı digər bir mahnı – The Alchemy də Kelceyə həsr olunub. Bir neçə gün əvvəl müğənni podkast çıxışında münasibətləri barədə nadir açıqlama vermişdi. Son aylarda Swift və Kelce müxtəlif tədbirlərdə birlikdə görüntülənmiş, NFL oyunçusu da dəfələrlə Swiftin konsertlərinə qatılmışdı.